Futzal üzrə milli komandaların reytinq siyahısı açıqlanıb. Matc.az xəbər verir ki, Azərbaycan millisi əvvəlki siyahı ilə müqayisədə 1 pillə geriləyib. Hesabında 1391 xalı olan milli komandamız cədvəldə hazırda 14-cü sırada qərarlaşıb.
 
Aç-2022-nin final mərhələsindəki rəqiblərimizdən Bosniya və Herseqovina 8 pillə irəliləyib. Hazırda bu komanda 1217 xalla 28-cidir. Gürcüstan yığması isə üç pillə irəliləyib. 1199 xalı olan qonşularımız 31-ci pillədə qərarlaşıblar.
 
Millimizin yer aldığı D qrupunun əsas favoriti olan İspaniya yığması isə reytinq siyahısında liderdir. Bu komandanın 1791 reytinq xalı var. Siyahının növbəti iki pilləsində müvafiq olaraq Braziliya (1780) və Argentina (1741) yığmaları qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest