Varşava klubu 28 yaşlı kabo-verdeli futbolçunu qış transfer pəncərəsi dövründə heyətinə qatmaq istəyir. Məlumata görə, "Qarabağ" yaxşı təklif qarşılığında Andradenin "Legiya"ya keçidində maraqlıdır.

Polşanın "Legiya" klubu "Qarabağ"ın yarımmüdafiəçisi Patrik Andrade ilə maraqlanır. Matc.az xəbər verir ki, bu barədə Polşa mətbuatı xəbər yayıb.
 
Varşava klubu 28 yaşlı kabo-verdeli futbolçunu qış transfer pəncərəsi dövründə heyətinə qatmaq istəyir. Məlumata görə, "Qarabağ" yaxşı təklif qarşılığında Andradenin "Legiya"ya keçidində maraqlıdır.
 
Andrade 2020-ci ilin yayından "Qarabağ"ın formasını geyinir. O, bu mövsüm 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
 
"Legiya"da Azərbaycan millisinin futbolçusu Mahir Emreli də forma geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest