İtaliyanın "Napoli" klubunda daha bir futbolçunun koronavirus testi pozitiv çıxıb. Matc.az xəbər verir ki, Neapol təmsilçisinin yarımmüdafiəçisi Fabian Ruis də koronavirusa yoluxub.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İspaniyalı futbolçu qısa fasilədən istifadə edərək yollandığı vətənində COVİD-19 testi verib və nəticə pozitiv çıxıb. İspaniya millisinin də üzvü olan 25 yaşlı yarımmüdafiəçi, hazırda karantinə alınıb. 
 
Xatırladaq ki, Fabian Ruis 2021-ci ilin əvvəlində də koronavirusa yoluxmuşdu.
 
"Napoli" təxminən bir həftə öncə Lorenso İnsinyenin də koronavirusa yoluxduğunu açıqlamışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest