Futbol üzrə İngiltərə Premyer Liqasında 19-cu tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə 6 qarşılaşma keçirilib.
 
"Vest Hem" doğma meydanda "Sauthempton"la qarşılaşıb. Beş qolun qeydə alındığı matç qonaqların qələbəsiylə yekunlaşıb.
 
Lider "Mançester Siti"nin bu turdakı rəqibi "Lester Siti" olub. "Şəhərlilər" 9 qolluq bu qarşılaşmada darmadağına seviniblər.
 
"Arsenal" "Norviç Siti" ilə səfər oyununda 5 cavabsız qolla qələbə qazanıbsa, "Tottenhem" "Kristal Pelas"la göörüşdə 3 cavabsız qol vurub.
 
"Aston Villa"nın rəqibi "çelsi" olub. "Zadəganlar" da turu qələbə ilə başa vurublar. "Brayton" isə "Brentford"u məğlub yola salıb.
 
Bu tur keçirilməli olan "Liverpul" – "Lids", "Vulverhempton" – "Uotford" və "Bernli" – "Everton" matçları komandaların heyətlərində koronavirusa yoluxma hallarının artması səbəbindən başqa vaxta təxirə salınıb.
 
İngiltərə Premyer Liqası
19-cu tur
26 dekabr
 
Vest Hem – Sauthempton 2:3
Qol: Antonio, 49. Benrahma, 64 – Elyunussi, 8. Uord-Prauz, 61. Bednarek, 70.
 
Mançester Siti – Lester Siti 6:3
Qol: De Bruyne, 5. Mahrez, 14. İ.Gündoğan, 21. Sterlinq, 25-pen; 87. Laporte, 69 – Meddison, 55. Lukman, 59. İheanaço, 65.
 
Norviç Siti – Arsenal 0:5
Qol: Saka, 6; 67. Tirni, 44. Lakazette, 84. Smit Rou, 90+1.
 
Tottenhem – Kristal Pelas 3:0
Qol: Keyn, 32. Moura, 34. Son, 74.
 
Aston Villa – çelsi 1:3
Qol: R.Ceyms, 28-öz qapısına – Jorjinyo, 34; 90+3-pen. Lukaku, 56.
 
Brayton – Brentford 2:0
Qol: Trossard, 34. Maupay, 42.
 
27 dekabr
 
00:00. Nyukasl – Mançester Yunayted

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest