"Qarabağ" klubunun qış hazırlıq planı müəyyənləşib. Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv yanvarın 5-də Bakıda məşqləri bərpa edəcək. Hazırlığın 2-ci mərhələsi Türkiyənin Antalya şəhərində olacaq.
 
Ayın 12-də qardaş ölkəyə yollanacaq komanda "Gloria Sports Arena"da məskunlaşacaq.
 
"Qarabağ" yanvarın 14-də "Qaz Metan" (Rumıniya), yanvarın 21-də "Şlyonsk Vroçlav" (Polşa), yanvarın 25-də isə "Visla Krakov" (Polşa) klubları ilə qarşılaşacaq.
 
Yanvarın 21-də və 25-də daha iki oyun nəzərdə tutulub. Komanda səhər saatlarında Serbiyanın "Batska Topola" və Slovakiyanın "Tatran" klubları ilə üz-üzə gələcək. Bu iki oyunda əsasən, gənc futbolçulara şans veriləcək.
 
Komandanın Antalya toplanışı yanvarın 26-da başa çatacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest