Fransanın "Lans" klubunun futbolçusu Fakundo Medina saxlanılıb. Matc.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
 
Argentinalı oyunçunun sevgilisinə zorakılıqda ittiham olunduğu iddia edilir. Fakundo dekabrın 25-də sevgilisi ilə mübahisə edib və ona fiziki güc tətbiq edib.
 
Argentinalı müdafiəçi bu mövsüm Fransa Liqa 1-də 16 oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest