"Yuventus"un müdafiəçisi Mehdi Benatia Qətərə köçüb. Matç.a xəbər verir ki, bu barədə Turin klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

"Qoca sinyora"nın oyunçusu "Əl-Duhayl" klubuna keçib. 31 yaşlı oyunçunun keçidi italyanlara 8 milyon avro qazandırıb. "Yuve" həmçinin əlavə 2 milyon avro bonus əldə edə bilər.

Qeyd edək ki, Mehdi Benatia bu mövsüm A seriyasında 5 matçda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest