Futbol üzrə İngiltərə Premyer Liqasında mübarizə aparan klubların kollektivləri növbəti dəfə koronavirus testindən keçib. Matc.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə, 20-26 dekabrda 15186 nəfərdən götürülmüş koronavirus testlərindən 103-ünün nəticəsinin müsbət olduğu bildirilib.
 
Koronavirusa yoluxan şəxslərin adları açıqlanmayıb. Onların hamısı 10 günlük karantinə alınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest