Ukrayna Futbol Federasiyasının Nizam-İntizam Komitəsi "Veres" klubunu cərimələyib. Matc.az xəbər verir ki, buna "Veres"in futbolçusunun "Dinamo" ilə çempionat matçından sonra Ukrayna dilində yox, rus dilində müsahibə verməsi səbəb olub. Cərimənin məbləği məlum deyil.
 
Bundan sonra "Veres" nümayəndələri mətbuat üçün müsahibə və şərhlərini yalnız Ukrayna dilində verməli olacaqlar. Dövlət dilini lazımi səviyyədə bilməyən futbolçular və digər əməkdaşlar üçün klub dil kursu təşkil etməlidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest