İspaniyanın "Alaves" komandasının yeni baş məşqçisi müəyyənləşib. Matc.az xəbər verir ki, komandanı bundan sonra Xose Luis Mendilibar çalışdıracaq.
 
Bunu klubun rəsmi saytı açıqlayıb. 60 yaşlı mütəxəssislə müqavilə mövsümün sonuna kimi nəzərdə tutulub. O, bu postda Xavyer Kalyexanı əvəz edib.
 
"Alaves" La Liqada bu mövsüm keçirdiyi 18 oyunda cəmi 15 xal toplayıb və 20 kollektiv arasında 18-ci sırada qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest