Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2021-ci ildə bir oyunda ən çox qol vuran futbolçuların siyahısını açıqlayıb. Matc.az xəbər verir ki, bu, Estoniyanın "Payde" klubunda çıxış edən Henri Anierdir.
 
Anier Estoniya kubokunda "Flora"nın əvəzedici komandasına qarşı keçirilən matçda (14:0) 8 qola imza atıb.
 
İkinci pillədə Albaniyadan olan Mirto Uzuni qərarlaşıb. Macarıstanın "Ferentsvaroş" komandasının üzvü "Hatvan" 9:0 hesabıyla qalib gəldikləri matçda 6 qol vurub.
 
üçüncü yeri avstraliyalı Ceymi Maklaren tutub. "Melburn Siti" komandasının futbolçusu "Melburn Viktori" ilə oyunda qələbəni (5:0) təkbaşına təmin edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest