Portuqaliyanın "Benfika" komandasının baş məşqçisi Jorje Jezuş istefaya göndərilib. Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
67 yaşlı mütəxəssisin işinə son verilsə də, klub müqavilənin sonuna qədər onun və köməkçilərinin məvacibini ödəməyə davam edəcək. Lakin onlar özlərinə yeni iş tapsa, bu, öhdəliklərə də son verilmiş olacaq. Komandanı isə mövsümün sonuna kimi Nelson Verissimonun çalışdıracağı diqqətə çatdırılıb.
 
Xatırladaq ki, Jorje Jezuş 2020-ci ilin avqustunda "Benfika"ya baş məşqçi təyin edilmiş və 2 illik müqavilə bağlamışdı. O, 2009-2015-ci illər aralığında da bu komandaya rəhbərlik edib. Təcrübəli məşqçinin budəfəki fəaliyyətinin qısa sürməsinə futbolçularla problemlərinin yaranması səbəb göstərilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest