Futbol üzrə Türkiyə kubokunda 5-ci təsnifat mərhələsinin oyunları keçirilir. Matc.az xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma baş tutub.
 
8 qolun qeydə alındığı "Kasımpaşa" – "Kocaelispor" matçında meydan sahibləri qələbə qazanıblar. "Hatayspor" "Mənəmənspor"u, "Antalyaspor" "Girəsunspor"u, "Trabzonspor" "Boluspor"u mübarizədən kənarlaşdırıb. "Qalatasaray" isə "Dənizlispor" səddini keçə bilməyib. Qarşılaşmanın 6 qolluq əsas vaxtının sonlarında qələbəni əldən verən İstanbul təmsilçisi, əlavə vaxtda fərqlənə bilməyib. Qalib isə penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən Dənizli təmsilçisi mərhələ adlayan tərəf olub.
 
Türkiyə kuboku
5-ci təsnifat mərhələsi
28 dekabr
 
Kasımpaşa – Kocaelispor 5:3
Hatayspor – Mənəmənspor 1:0
Antalyaspor – Girəsunspor 2:1
Trabzonspor – Boluspor 1:0
Qalatasaray – Dənizlispor 3:3 (penaltilər 5:6)
 
29 dekabr
 
14:00. Alanyaspor – Mardin BB
16:00. Fatih Karagümrük – Bodrumspor
18:00. Adana Dəmirspor – Ankaraspor
19:30. Göztəpə – Samsunspor
22:00. Fənərbaxça – Afyonspor
 
30 dekabr
 
14:00. Yeni Malatyaspor – Bandırmaspor
16:00. Kayserispor – Aksaray
16:00. Konyaspor – ümraniyəspor
18:00. Sivasspor – Ankaragücü
19:30. Qaziantep – Bursaspor
22:00. Beşiktaş - Altay

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest