Futbol üzrə İngiltərə Premyer Liqasında 20-ci tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma keçirilib.
 
ötən tur "Arsenal"a 0:5 hesabıyla uduzan autsayder "Norviç Siti" bu dəfə "Kristal Pelas" səfərində darmadağına üzülüb. "Tottenhem" "Sauthempton"la səfər oyunundan 1 xalla qayıdıb. "Liverpul" isə səfərdə "Lester Siti"nin müqavimətini qıra bilməyib. Komanda turu xalsız başa vurub.
 
Bu tur keçirilməli olan "Lids" – "Aston Villa" və "Arsenal" – "Vulverhempton" matçları komandaların heyətlərində koronavirusa yoluxma halları olması səbəbindən təxirə salınıb.
 
İngiltərə Premyer Liqası
20-ci tur
28 dekabr
 
Kristal Pelas – Norviç Siti 3:0
Qol: Eduard, 8-pen. Mateta, 38. Şlupp, 42.
 
Sauthempton – Tottenhem 1:1
Qol: Uord-Prauz, 25 – Keyn, 41-pen.
 
Uotford – Vest Hem 1:4
Qol: Dennis, 4 – Souçek, 27. Benrahma, 29. Noble, 58-pen. Vlaşiç, 90+2.
 
Lester Siti – Liverpul 1:0
Qol: Lukman, 59.
 
29 dekabr
 
23:30 çelsi – Brayton
00:15 Brentford – Mançester Siti
 
30 dekabr
 
23:30 Everton – Nyukasl
00:15 Mançester Yunayted – Bernli

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest