Futbol üzrə İngiltərə Premyer Liqasının 20-ci turu çərçivəsində baş tutan "Sauthempton"la oyun "Tottenhem"in baş məşqçisi Antonio Konte üçün əlamətdar olub. Matc.az xəbər verir ki, bu matç 1:1 hesabıyla başa çatıb.
 
Nəticədə "Tottenhem"in Premyer Liqada Kontenin rəhbərliyi altındakı məğlubiyyətsiz oyunlar seriyası 7-yə yüksəlib. Bununla da italiyalı mütəxəssis London təmsilçisinin tarixinə daxili çempionatda keçirdiyi ilk 7 oyunda uduzmayan ilk baş məşqçi kimi düşüb.
 
Xatırladaq ki, Konte noyabrın 2-də "Tottenhem"ə baş məşqçi təyin olunub. Onun komandası hazırda 30 xalla 6-cı pillədə qərarlaşıb. Londonluların ehtiyatda əvvəlki turlardan təxirə salınmış 3 oyunu da var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest