İngiltərənin "çelsi" klubunun müdafiəçisi Ben çiliuell bu mövsümün sonunadək sıradan çıxıb. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
çiluell noyabrın 23-də UEFA çempionlar Liqası çərçivəsində "Yuventus"a 4:0 hesabıyla qalib gəldikləri matçda dizindən zədə almışdı. Həmin vaxt futbolçunun bir müddət müalicə alacağı açıqlanmışdı. Lakin geridə qalan müddətdə zədə sağalmadığı üçün, həkimlər onun əməliyyat olunmasına qərar veriblər. İngilis müdafiəçi bu həftə əməliyyat olunacaq və ən yaxşı halda 2022-ci ilin yayında sıraya dönə biləcək.
 
Ben çiluell 2020-ci ilin yayında "Lester Siti"dən 50 milyon avroya "çelsi"yə transfer edilib. O, bu komandanın heyətində bütövlükdə 54 oyuna çıxıb, 7 qol vurub, 8 məhsuldar ötürmə müəllifi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest