"Levadiakos"un futbolçusu Çumbinyonun yeni klubunun adına rəsmən aydınlıq gəlib. 32 yaşlı yarımmüdafiəçi karyerasını ölkəsi Braziliyada davam etdirəcək. Belə ki, Çumbinyo Paulista Seria A2-də çıxış edən "İnter de Limeyra" klubu ilə anlaşıb.

"Levadiakos"un futbolçusu çumbinyonun yeni klubunun adına rəsmən aydınlıq gəlib. Matç.az saytı xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi karyerasını ölkəsi Braziliyada davam etdirəcək.

Belə ki, çumbinyo Paulista Seria A2-də çıxış edən "İnter de Limeyra" klubu ilə anlaşıb. Aşağı liqa təmsilçisi bu transferi rəsmi saytı vasitəsilə bəyan edib. Bu da o deməkdi ki, sabiq "Qarabağ"lının "Səbail"ə keçmək variantı baş tutmayıb.

Qeyd edək ki, çumbinyo 2013-2015-ci illərdə "Qarabağ"ın formasını geyinib. 32 yaşlı futbolçu Ağdam klubunun heyətində keçirdiyi 46 oyunda 11 qola imza atıb. Əsasən Braziliya və Yunanıstan klublarında oynamış yarımmüdafiəçi Ağdam təmsilçisindən "Atromitos"a yollanmışdı. Son 2 ili isə "Levadiakos"da keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest