"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı təmsilçisi "Keşlə"dən Azər Salahlını transfer edib.
 
Azərbaycan milli komandasının da üzvü olan müdafiəçi ilə 2.5 illik müqavilə imzalanıb.
 
Azər yeni komandasında 19 nömrəli formanı geyinəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest