İngiltərənin "çelsi" klubu sabiq futbolçusu Con Terrini geri qaytarıb. Matc.az xəbər verir ki, 41 yaşlı keçmiş kapitan London təmsilçisinin akademiyasında məsləhətçi məşqçi kimi işləyəcək.
 
Bu barədə "zadəganlar"ın mətbuat xidməti məlumat yayıb.
 
Con Terri 1998-2017-ci illərdə "zadəganlar"ın formasını geyinib. Əfsanəvi oyunçu beş dəfə Premyer Liqanın, bir dəfə isə UEFA çempionlar Liqası və Avropa Liqasının qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest