"Flaqman"ın əvəzedici komandaya göndərdiyi və özünə klub tapmaq tapşırığı verdiyi xorvatiyalı ilə OFİ maraqlanır. Hazırda klublar arasında bu keçidin reallaşması üçün danışıqlar gedir.

"Neftçi" Kvame Karikaridən sonra daha bir əcnəbi futbolçusundan canını qurtarmağa yaxındı. Matç.az saytı Yunanıstan mətbuatına istinadən xəbər verir ki, müdafiəçi Slavko Braliç karyerasını bu ölkədə davam etdirə bilər.

"Flaqman"ın əvəzedici komandaya göndərdiyi və özünə klub tapmaq tapşırığı verdiyi xorvatiyalı ilə OFİ maraqlanır. Hazırda klublar arasında bu keçidin reallaşması üçün danışıqlar gedir. Vangelis Platellası "Neftçi"yə satan OFİ rəhbərliyi bundan yararlanaraq, qarşı tərəfdən də Braliçi istəyib. 27 yaşlı oyunçu özü də bu keçiddə maraqlıdı.

Qeyd edək ki, Slavko Braliç "Neftçi"yə mövsümlərarası fasilədə Bosniya və Herseqovina təmsilçisi "Şiroki Brieq"dən keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest