Türkiyənin "Alanyaspor" komandasının baş məşqçisi Bülənt Qorxmaz istefa verib. Matc.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
53 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
 
Bülənt Qorxmaz bu ilin sentyabrından "Alanyaspor"a rəhbərlik edirdi. O, 2009/10 mövsümündə Azərbaycanda "Bakı" komandasının baş məşqçisi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest