Görüşdə nazir müavini Mariana Vasileva, İdman şöbəsinin aparıcı məsləhətçisi Əliniyaz Mirzəyev, reqbi federasiyasının 1-ci vitse-prezidenti Elvar Osmanov və vitse-prezident Səbuhi Qarayev iştirak ediblər.

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Reqbi Federasiyasının rəhbərliyini qəbul edib. Matc.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Qayıbov ölkədə idmanın bütün növlərinin, o cümlədən də reqbinin inkişafının vacibliyini vurğulayıb.
 
O qeyd edib ki, özünəməxsus özəllikləri ilə fərqlənən bu idman növü maraqlı olsa da, ölkəmizdə geniş yayılması üçün təbliğ olunmasına ehtiyac var.
 
Azərbaycan Reqbi Federasiyasının prezidenti Elşən Abbasov qurumun fəaliyyəti və qarşıdakı planları barədə məlumat verib. Abbasov bildirib ki, federasiya bu idman növünün təkcə paytaxtda deyil, bölgələrdə də inkişafına çalışır.
 
Görüşdə nazir müavini Mariana Vasileva, İdman şöbəsinin aparıcı məsləhətçisi Əliniyaz Mirzəyev, reqbi federasiyasının 1-ci vitse-prezidenti Elvar Osmanov və vitse-prezident Səbuhi Qarayev iştirak ediblər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest