Futbol üzrə İngiltərə Premyer Liqasında 20-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.
 
"çelsi" doğma meydanda "Brayton"la qarşılaşıb. London təmsilçisi bu oyundan xal itkisi ilə ayrılıb. Lider "Mançester Siti"nin bu turdakı rəqibi "Brentford" olub. "Şəhərlilər" səfərdə minimal hesabla qələbə qazanıblar.
 
Bu tur keçirilməli olan "Lids" – "Aston Villa", "Arsenal" – "Vulverhempton" və "Everton" – "Nyukasl" matçları komandaların heyətlərində koronavirusa yoluxma halları olması səbəbindən təxirə salınıb.
 
İngiltərə Premyer Liqası
20-ci tur
28 dekabr
 
Kristal Pelas – Norviç Siti 3:0
Qol: Eduard, 8-pen. Mateta, 38. Şlupp, 42.
 
Sauthempton – Tottenhem 1:1
Qol: Uord-Prauz, 25 – Keyn, 41-pen.
 
Uotford – Vest Hem 1:4
Qol: Dennis, 4 – Souçek, 27. Benrahma, 29. Noble, 58-pen. Vlaşiç, 90+2.
 
Lester Siti – Liverpul 1:0
Qol: Lukman, 59.
 
29 dekabr
 
çelsi – Brayton 1:1
Qol: Lukaku, 28 – Uelbek, 90+1.
 
Brentford – Mançester Siti 0:1
Qol: Foden, 16.
 
30 dekabr
 
00:15. Mançester Yunayted – Bernli

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest