Argentina milli komandasının sabiq futbolçusu Fabristio Koloççini karyerasını bitirib. Matc.az xəbər verir ki, bu barədə keçmiş müdafiəçi "instaqram" hesabında məlumat yayıb. O, futbolçu karyerasını bitirdiyini açıqlayıb.
 
Son olaraq ölkəsində "Aldosivi"də çıxış edən Koloççini daha əvvəl İspaniyada "Atletiko", "Vilyarreal", İtaliyada "Milan", İngiltərədə "Nyukasl" kimi klubların formasını geyinib.
 
Sabiq müdafiəçi Argentina yığmasında 39 oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest