Futbol üzrə İngiltərə Premyer Liqasının 20-ci turu çərçivəsində baş tutan "Brentford"la səfər oyunu "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola üçün əlamətdar olub.
 
Matc.az xəbər verir ki, Mançester təmsilçisi ispaniyalı mütəxəssisin rəhbərliyi altında 4-cü dəfə ardıcıl 10 oyunluq qələbə seriyasına imza atıb.
 
Qvardiola İngiltərə çempionatında bu göstəriciyə çatan yeganə baş məşqçi kimi öz rekordunu yeniləyib. Premyer Liqada heç bir mütəxəssis 2 dəfədən artıq bu uğura nail ola bilməyib.
 
Xatırladaq ki, "Mançester Siti" "Brentford"la oyundan 1:0 hesablı qələbə ilə ayrılıb. "Şəhərlilər" hazırda 50 xalla Premyer Liqada vahid liderdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest