"Bir komanda ilə uzunmüddətli müqavilənizin olması çox xoşdu. Belədə hansısa narahatlıq keçirmirsiniz". Matç.az saytının məlumatına görə, bu sözlər "Qarabağ"ın yarımmüdafiəçisi Simeon Slavçevə məxsusdu.

Mövsümlərarası fasilədə "Sportinq"dən Azərbaycan çempionuna transfer olunan bolqarıstanlı orta sahə oyunçusu ölkəsinin mətbuatına danışıb. O, "Kanal3"ə açıqlamasında "Qarabağ" seçiminin doğru olduğunu söyləyib: "Avropada böyük hədəfləri olan bir klubda oynamaq istəyirdim. "Sportinq"də oyunumun alınmamasının günahkarı özüməm. Əvvəllər başqalarını günahlandırırdım. Amma öz səhvlərimi görməyə başlamışam. özümü indi çox rahat hiss edirəm və "Qarabağ"da xoşbəxtəm".

Qeyd edək ki, Slavçevin "Qarabağ"la müqavilə müddəti 2021-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest