Futbol üzrə Türkiyə kubokunda 5-ci təsnifat mərhələsinin oyunları keçirilib. Matc.az xəbər verir ki, sonuncu oyun günündə daha altı qarşılaşma baş tutub.
 
Super Liqa təmsilçisi "Yeni Malatyaspor" aşağı liqada mübarizə aparan "Bandırmaspor"a uduzaraq mübarizəni dayandırıb. 
 
Azərbaycan yığmasının yarımmüdafiəçisi Namik Ələskərovun komandası – "Bursaspor" elita təmsilçisi "Qaziantep"ə penaltilərlə uduzaraq mübarizəni dayandırıb. Bu oyuna start heyətdə başlamış azərbaycanlı futbolçu 62-ci dəqiqədə əvəzlənib.
 
"Kayserispor", "Konyaspor", "Sivasspor" və "Beşiktaş" da sürprizə imkan verməyib.
 
Türkiyə kuboku
5-ci mərhələ
28 dekabr
 
Kasımpaşa – Kocaelispor 5:3
Hatayspor – Mənəmənspor 1:0
Antalyaspor – Girəsunspor 2:1
Trabzonspor – Boluspor 1:0
Qalatasaray – Dənizlispor 3:3 (penaltilər 5:6)
 
29 dekabr
 
Alanyaspor – Mardin BB 5:0
Fatih Karagümrük – Bodrumspor 4:0
Adana Dəmirspor – Ankaraspor 3:2
Göztəpə – Samsunspor 1:0
Fənərbaxça – Afyonspor 2:0
 
30 dekabr
 
Yeni Malatyaspor – Bandırmaspor 2:3
Kayserispor – Aksaray 4:0
Konyaspor – ümraniyəspor 2:0
Sivasspor – Ankaragücü 2:1
Qaziantep – Bursaspor 1:1 (penaltilər 5:4)
Beşiktaş – Altay 1:0

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest