"Qarabağ"ın futbolçusu Kadi Borqes "instaqram" hesabında Yeni il münasibətilə paylaşım edib. Matc.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi, "Qarabağ" formasında fotosunu paylaşaraq, bunları qeyd edib:
 
"2021-ci ilin mənim üçün nə qədər xüsusi olduğunu sözlə ifadə etmək mümkün deyil. Sadəcə hər şey üçün Tanrıya təşəkkür etməliyəm. Xüsusilə, sağlamlığıma görə şükür etməliyəm. Həyatımın bütün sahələrində daha yaxşı olmağa çalışıram. Ən yaxşı idmançı, ən yaxşı həyat yoldaşı, ən yaxşı ata, ən yaxşı oğul və sairə. Bunun bir parçası olan hər kəsə təşəkkür edirəm. Yeni iliniz mübarək"!

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest