Fransanın "Monako" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Liqa 1 təmsilçisi "Qremio"dan Vandersonu heyətinə qatıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 20 yaşlı müdafiəçi ilə müddəti 2027-ci ilin yayına qədər olan müqavilə imzalanıb.
 
Fransa mətbuatının xəbərinə görə, "Monako" Vanderson üçün "Qremio"ya 11 milyon avro ödəyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest