Niderlandda keçirilməsi planlaşdırılan futzal üzrə Avropa çempionatının oyunlarında azarkeşlər iştirak etməyə bilər. Matc.az xəbər verir ki, azarkeşlərin yarış zamanı tribunalara buraxılmama ehtimalı böyükdür. Bu barədə "vesti.kz" saytı məlumat yayıb.
 
Buna səbəb Niderlandda koronavirusun omikron ştamının yayılma riskinin yüksək olması və karantin rejiminin tətbiqidir. Avropa çempionatının təxirə salınması da istisna olunmur. Yarışla bağlı yekun qərar yanvarın 10-dək açıqlanacaq.
 
Avropa çempionatına Azərbaycan millisi də qatılacaq. Milli komanda D qrupunda Bosniya və Herseqovina, Gürcüstan və İspaniya ilə üz-üz gələcək. 19 yanvar-6 fevralda keçirilməsi planlaşdırılan çempionatda ilk dəfə 16 komanda iştirak edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest