İspaniyanın "Valensiya" klubu icarə əsasında komandada çıxış edən Georgi Mamardaşvilinin transfer hüquqlarını alıb.
 
Matc.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
"Valensiya" müqavilə ilə Tbilisi "Dinamo"suna məxsus olan 21 yaşlı qapıçı ilə müddəti 2024-cü ilin yayına qədər olan sözləşmə imzalayıb.
 
Mamardaşvili bu mövsüm La Liqada 6 oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest