"Qarabağ"ın Marsel "Olimpik"i ilə ilk oyunu fevralın 17-də Fransada baş tutacaq. Komandalar arasındakı cavab oyunu isə bir həftə sonra Bakıda keçiriləcək.

"Qarabağ"ın Konfrans Liqasının pely-off mərhələsindəki rəqibi – Marsel "Olimpik"i Fransa kubokunda növbəti matçına çıxıb. Matc.az xəbər verir ki, Xorxe Sampaolinin rəhbərlik etdiyi komanda 1/16 final mərhələsində "Şovini" ilə qarşılaşıb.
 
Matçda 3:0 hesabıyla qələbə qazanan Marsel təmsilçisi adını növbəti mərhələyə yazdırıb. "Olimpik"in qollarını Arkadiuş Milik, Cengiz ündər və Amin Arit vurub.
 
"Qarabağ"ın Marsel "Olimpik"i ilə ilk oyunu fevralın 17-də Fransada baş tutacaq. Komandalar arasındakı cavab oyunu isə bir həftə sonra Bakıda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest