Məşhur dicey Fer Palasio PSJ-nin futbolçusu Lionel Messini koronavirusa yoluxdurmaqda günahlandırılıb. Matc.az xəbər verir ki, argentinalı hücumçu, bir neçə gün əvvəl Palasionun partisində iştirak edib və orada virusa yoluxduğu ehtimal edilir.
 
Messiyə virusu keçirtməkdə ittiham olunan Fer Palasio "instaqram" hesabında ona qarşı edilən ittihamlarla bağlı açıqlama verib:
 
"Yeni il partisindən sonra trendlərdə olduğumu gördüm. Messiyə koronavirusu keçirmişəm deyə, ölümlə təhdid olundum. Məni qatil belə adlandırdılar. İnanın, ölüm təhdidləri də almışam. Həqiqətən, inanılmaz şeylərdir. Bundan sonra özüm də koronavirus testi verdim və nəticəsi neqativ oldu".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest