"Zenit"in yarımmüdafiəçisi Leandro Paredesin yeni klubunun adı rəsmən açıqlanıb. Matç.az saytı xəbər verir ki, argentinalı futbolçu PSJ-yə keçib.

"çelsi" ilə PSJ arasında seçim etməli olan 25 yaşlı oyunçu fransızlara üstünlük verib. "Boka Xuniors"un yetirməsi yeni komandası ilə 4,5 illik müqavilə imzalayıb. Paredes PSJ-də 8 nömrəli formanı geyinəcək. Bu transfer Paris təmsilçisinə 40 milyon avroya başa gəlib. "Zenit" daha 5 milyon avro bonus əldə edə bilər.

Qeyd edək ki, "Zenit" Leandro Paredesi 2017-ci ildə "Roa"dan 23 milyon avroya transfer etmişdi. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest