İtaliyanın "Roma" klubunun iki futbolçusunda koronavirus aşkarlanıb. Matc.az xəbər verir ki, bu barədə "canavarlar"ın mətbuat xidməti məlumat yayıb.
 
"Roma"da virusa yoluxan futbolçuların adları açıqlanmayıb. Səhhətləri yaxşı olan oyunçuların ev şəraitində karantinə alındığı diqqətə çatdırılıb.
 
"Roma" A Seriyasının 20-ci turu çərçivəsində yanvarın 6-da "Milan"ın qonağı olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest