İtaliyanın "Venetsiya" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, A Seriyası təmsilçisi Almaniyanın "Bayern" klubundan Mikael Kyuizansı heyətinə qatıb.
 
Bu barədə "Venetsiya"nın mətbuat xidməti məlumat yayıb. Fransalı yarımmüdafiəçi ilə müddəti 2025-ci ilin yayına qədər olan müqavilə imzalanıb.
 
"Venetsiya" 22 yaşlı futbolçu üçün "Bayern"ə 5 milyon avro ödəyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest