Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Eddi İsrafilov Bakıya gəlib. Matc.az xəbər verir ki, 29 yaşlı futbolçu "Neftçi" ilə müqavilə bağlamaq üçün az öncə paytaxtımıza təşrif buyurub.
 
Tərəflərin ən yaxın günlərdə rəsmi müqaviləyə imza atması gözlənilir. Yalnız bundan sonra "Neftçi" yeni transferini ictimaiyyətə təqdim edəcək.
 
Qeyd edək ki, Eddi ötən ilin iyun ayında "Albasete"dən ayrıldıqdan sonra klubsuz idi. 2015-ci ildən Azərbaycan yığmasına dəvət alan oyunçu son olaraq, 2019-cu il noyabrında Slovakiyaya səfərdə 0:2 hesabı ilə uduzduqları Aç-2020-nin seçmə oyununda millinin formasını geyinib. O, millimizdə bütövlükdə 13 matça çıxıb.
 
Eddi karyerası ərzində "Real Mursiya", "Qranada", "Eybar", "Kordoba", "Kadis", "Ximnastik" və "Alkorkon" kimi klubların da formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest