"Atletiko" klubu futbolçusu Anxel Korrea ilə müqaviləni yeniləyib. Matc.az xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb.
 
26 yaşlı hücumçu ilə müqavilənin müddəti 2026-cı ilin iyununa qədər uzadılıb.
 
Korrea 2015-ci ildən "Atletiko"da çıxış edir. O, bu mövsüm 25 oyunda 7 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest