İdmançılarımız 2021-ci ildə qitə və dünya çempionatlarında, kubok yarışlarında, qran-pri və digər nüfuzlu beynəlxalq yarışlarda 519 medal qazanıblar. Onlardan 227-si Olimpiya (62 qızıl, 62 gümüş, 103 bürünc) və 292-si qeyri-olimpiya (117 qızıl, 85 gümüş, 90 bürünc) növlərinin payına düşür.

2021-ci ildə Azərbaycanda keçirilmiş beynəlxalq turnirlərin sayı açıqlanıb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən matc.az saytına verilən məlumata görə, paytaxt Bakı 15 yarışa ev sahibliyi edib. Bunlardan ən çox diqqət çəkəni cüdo üzrə "Böyük dəbilqə", aerobika  və batut gimnastikası üzrə dünya çempionatları, XXVIII Dünya Yaş Qrupları Yarışları, şahmat üzrə "Vüqar Həşimov Memorialı", "Formula 1" Qran-prisi, paracüdo üzrə Qran-pri turnirləridir.  

ümumilikdə isə ötən il ərzində müxtəlif növlər üzrə yığma komandalarımız 92 təlim-məşq toplanışına cəlb ediliblər. Milli komandalarımız 182 beynəlxalq yarışda iştirak ediblər. Pandemiya qaydalarına riayət etməklə, Bakıda və ölkəmizin müxtəlif şəhər və rayonlarında 57 respublika miqyaslı idman yarışı təşkil edilib.

Qeyd edək ki, idmançılarımız 2021-ci ildə qitə və dünya çempionatlarında, kubok yarışlarında, qran-pri və digər nüfuzlu beynəlxalq yarışlarda 519 medal qazanıblar. Onlardan 227-si Olimpiya (62 qızıl, 62 gümüş, 103 bürünc) və 292-si qeyri-olimpiya (117 qızıl, 85 gümüş, 90 bürünc) növlərinin payına düşür.

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest