İtaliyanın "Napoli" klubunda baş məşqçi Luçano Spaletti və müdafiəçi Mario Rui koronavirusa yoluxub. Matc.az xəbər verir ki, bu barədə Neapol təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Hər iki şəxsin koronavirus testi müsbət çıxıb və onlar təcrid olunublar.
 
"Napoli" A Seriyasının 20-ci turu çərçivəsində yanvarın 6-də "Yuventus"la qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest