"Neftçi" yalnız Badibanqanın keçidini həll edəcəyi təqdirdə, Darionun Cənubi Koreya klubuna transferinə icazə verəcək. Premyer Liqanın "Qarabağ"la qarşıdakı oyununa qədər bu keçidlərin baş tutması istisna deyil.

"Neftçi" yaxın günlərdə daha bir əcnəbi futbolçunu heyətinə qata bilər. Matç.az saytı futbolinfo.az-a istinadən xəbər verir ki, bakılılar "Şerif"in hücumçusu Ziqi Badibanqaya "elçi düşüb".

Dario Frederikonun Cənubi Koreyadan təklif alması bakılıları Badibanqa ilə danışıqları intensivləşdirməyə vadar edib. Baş məşqçi Roberto Bordinin israrla istədiyi, hələ "Şerif"də olarkən birgə çalışdığı belçikalı forvardın gəlişi real görünür. Danışıqlar artıq yekunlaşmaq üzrədi. 28 yaşlı oyunçu da Tiraspol klubunun qış toplanışına yollanmayıb. Futbolçunun Bakıya yollanması üçün son detalların dəqiqləşməsi qalıb.

"Neftçi" yalnız Badibanqanın keçidini həll edəcəyi təqdirdə, Darionun Cənubi Koreya klubuna transferinə icazə verəcək. Premyer Liqanın "Qarabağ"la qarşıdakı oyununa qədər bu keçidlərin baş tutması istisna deyil.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest