İtaliyanın "Udineze" komandası tam tərkibdə karantinə alınıb. Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Buna komandada koronavirusa kütləvi yoluxma səbəb olub. Son məlumata görə, A Seriyası təmsilçisində azı 9 futbolçunun COVİD-19 testi pozitiv çıxıb.
 
Bu üzdən də klub rəhbərliyi yerli səhiyyə orqanının qərarı ilə bütün kollektivi yanvarın 5-dən 9-dək təcrid etmək məcburiyyətində qalıb. Belə olan halda "Udineze"nin "Fiorentina" və "Atalanta" ilə çempionat oyunları baş tutmayacaq. Klub görüşlərin təxirə salınması ilə bağlı A Seriyasının rəhbərliyinə müraciət ünvanlayıb. Lakin turnirin təşkilatçıları bunun mümkün olmadığı bildirilib. Böyük ehtimalla komandaya texniki məğlubiyyət veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest