19 yaşadək futzalçılar arasında ilk Avropa çempionatının əsas seçmə mərhələsinin təqvimi açıqlanıb. Matç.az xəbər verir ki, Azərbaycan yığmasının oyunlarının da vaxtı dəqiqləşib.

Sloveniyada keçiriləcək II qrupun matçlarında millimiz öncə Kipr, ardınca Hollandiya ilə qarşılaşacaq. Son turdakı rəqib isə meydan sahibləri olacaq.

Bu qrupun oyunları Podçetrtek şəhərinin eyniadlı idman zalında baş tutacaq.

AVRO-2019-un əsas seçmə mərhələsi

II qrup

I tur, 27 mart

22:45. Azərbaycan - Kipr

II tur, 28 mart

19:00. Hollandiya - Azərbaycan

III tur, 30 mart

21:00. Azərbaycan – Sloveniya

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest