"Roma"nın baş məşqçisi Joze Mourinyo heç vaxt işləmək istəmədiyi klubların adlarını açıqlayıb. Matc.az xəbər verir ki, İtaliya mətbuatına danışan portuqaliyalı mütəxəssis, "Latsio" və "Milan"da işləməyəcəyini söyləyib:
 
"Biz peşəkar insanlarıq. Lakin daha əvvəl çalışdığımız yerlərə görə işləməməli olduğumuz klublar var. 2010-cu ildən sonra "Roma" mənə təklif göndərən ilk klub idi. Digərlərindən fərqli olaraq mən bu təklifi qəbul etdim. Bundan sonra "Roma"nın əzəli rəqibi olan "Latsio"da işləmərəm. Daha əvvəl "İnter"də də işləmişəm. "Milan"la problemim yoxdur, amma bu klubda da çalışmaram. Bu, sadəcə, hörmət məsələsidir".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest