Polşanın "Legiya" komandasının futbolçusu Mateuş Xolovniya Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin Varşava təmsilçisi ilə müqaviləsini pozmaq istəyinə münasibət bildirib.

Polşanın "Legiya" komandasının futbolçusu Mateuş Xolovniya Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin Varşava təmsilçisi ilə müqaviləsini pozmaq istəyinə münasibət bildirib. Matc.az xəbər verir ki, polşalı müdafiəçi yerli mətbuata açıqlamasında heç kimin 25 yaşlı forvard üçün ağlamayacağını diqqətə çatdırıb:
 
"Komandadan ayrılmaq onun öz qərarıdır. "Legiya"da oynamaq istəmirsə, qoy, oynamasın. Mən də azarkeşlərin bu cür davranışı ilə qarşılaşmışam. Fanatlar bəzən qırmızı xətti keçirlər. Belə olmamalıdır. Amma düşünürəm ki, futbolçu bunu həzm etməlidir. Lukinyas da eyni şeyi yaşadı. Lakin birtəhər sağaldı və oynamağa davam etmək istəyir".
 
Xatırladaq ki, Mahir Emreli "Legiya"nın ötən gün start götürən təlim-məşq toplanışına qatılmayıb. ABŞ-dan hüquqşünas tapan hücumçu müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına kömək istəyib. O, belə bir addımı atmasında "Legiya"nı günahlandırıb. Forvard azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını deyərək, Varşava təmsilçisindən ayrılmaq istəyir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest