Bu gün futbol üzrə İtaliya A Seriyasında 20-ci turun oyunları keçirilib. Matcəbər verir ki, turun bütün qarşılaşmaları bu gün keçirilməli olsa da, onlardan bəzisi baş tutmayıb.
 
"Sampdoriya" doğma meydanda "Kalyari"yə, "Spetsiya" isə "Verona"ya uduzub. Altı qolun qeydə alındığı "Latsio" – "Empoli" matçında qalib müəyyənləşməyib. "Sassuolo" – "Cenoa" matçı da bərabərliklə yekunlaşıb.
 
"Milan" doğma meydanda "Roma" ilə qarşılaşıb. Dörd qolluq qarşılaşma meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.
 
Turun mərkəzi görüşü Turində baş tutub. "Yuventus" burada "Napoli" ilə üz-üzə gəlib. Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətlənib.
 
Bu tur keçirilməli olan "Salernitana" – "Venetsiya" matçı meydan sahibi komandanın heyətində koronavirusa yoluxma hallarının artması səbəbindən təxirə salınıb.
 
"Fiorentina" – "Udineze", "Atalanta" – "Torino" və "Bolonya" – "İnter" matçları da koronavirusa görə baş tutmayıb.
 
İtaliya A Seriyası
20-ci tur
6 yanvar
 
Sampdoriya – Kalyari 1:2
Qol: Qabbyadini, 18 – Deyola, 55. Pavoletti, 71.
 
Latsio – Empoli 3:3
Qol: İmmobile, 14. Milinkoviç-Saviç, 66; 90+3 – Bayrami, 6. Zurkovski, 8. Di Françesko, 75.
 
Spetsiya – Verona 1:2
Qol: Erliç, 85 – Kaprari, 59; 77.
 
Sassuolo – Cenoa 1:1
Qol: Berardi, 55 – Destro, 7.
 
Milan – Roma 3:1
Qol: Jiru, 8-pen. Messias, 17. Leao, 82 – Abraham, 40.
 
Yuventus – Napoli 1:1
Qol: Kyeza, 54 – Mertens, 23.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest