İspaniyanın "Real" klubunun futbolçusu Vinisius Junior koronavirusdan sağalıb. Matc.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Braziliyalı hücumçunun sonuncu koronavirus testi neqativ çıxıb.
 
Vinisius "Real"ın son məşqində iştirak edib. Onun yanvarın 8-də La Liqanın 20-ci turu çərçivəsində baş tutacaq "Valensiya" ilə oyunda iştirakı gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest