Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən Asiya Kubokunda növbəti yarımfinal oyunu baş tutub. Matç.az saytının məlumatına görə, bununla Yaponiyanın həlledici görüşdəki rəqibi müəyyənləşib.

Ev sahibi Abu Dabidə Qətərlə üz-üzə gəlib. Görüş qətərlilərin qələbəsi ilə nəticələnib. Hər hissədə iki cavabsız qol vuran Feliks Sançes Basın yetirmələri çempionluq şansını davam etdirib.

Həlledici görüş fevralın 1-də Yaponiya ilə Qətər arasında keçiriləcək. Qarşılaşma Abu Dabidəki "Şeyx Zayed" stadionunda baş tutacaq.

 

Asiya Kuboku

Yarımfinal

Qətər - Birləşmiş Ərəb Əmirlikləri - 4:0

Xukbi, 22, Almoez, 37, Haydos, 80, İsmael, 90+3

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest