Türkiyənin "Trabzonspor" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi Almaniyanın "Union Berlin" klubundan Timoteuş Puxaçı transfer edib.
 
Bu barədə "Trabzonspor"un baş məşqçisi Abdullah Avcı yerli mətbuata açıqlamasında deyib. O, 22 yaşlı cinah müdafiəçisi ilə razılaşdıqlarını və futbolçunun Türkiyəyə gələrək, klubla rəsmi müqavilə imzalayacağını bildirib.
 
Timoteuş Polşa milli komandasının da üzvüdür. Müdafiəçi bu mövsüm "Union Berlin"də 7 oyuna çıxıb.
 
"Trabzonspor" öz yarımmüdafiəçisi Abdulkadir Parmakla da yollarını ayırıb. Klubla 2023-cü ilin yayına qədər müqaviləsi olan futbolçu, qarşılıqlı razılıq əsasında Super Liqa təmsilçisindən ayrılıb. 27 yaşlı futbolçu 2016-cı ildən Trabzon təmsilçisinin uğurları üçün çalışırdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest