Türkiyənin "Qaziantep" klubunda koronavirusa kütləvi yoluxma qeydə alınıb. Matc.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, Super Liqanın 20-ci turu çərçivəsində baş tutacaq "Fatih Karagümrük"lə oyundan öncə kollektiv koronavirus testindən keçirilib. Beş futbolçunun COVİD-19 testi pozitiv çıxıb. Onların adı açıqlanmasa da, karantinə alındıqları və növbəti matçda komandaya kömək edə bilməyəcəkləri bildirilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest